Livandan atılan raket Colan təpələrindəki Məcdal Şəmsə düşüb.
Heftelik.az-ın xəbərinə görə, İsrailin təcili yardım xidməti raketin Məcdal Şəmsə düşməsi nəticəsində 11 nəfərin həlak olduğu barədə məlumat yayıb.
Eyni zamanda 6-ı ağır, 3-ü orta dərəcəli, 10-u isə yüngül olmaqla 19 nəfər xəsarət alıb.
İsrail xarici işlər naziri İsrael Katz Colan təpələrindəki Məcdəl Şəms kəndinin atəşə tutulmasının bütün qırmızı xətləri keçdiyini, “Hizbullah” və Livanla genişmiqyaslı müharibənin qaçılmaz olduğunu açıqlayıb bəyan edib: ““Cəbhədə və arxa cəbhədə çox qarşılıq ödəyəcəyik, lakin müharibə nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah və Hizbullah məğlub olacaq. Livanda sülhü və təhlükəsizliyi bərpa edəcəyik”.