Hazırda Bakı şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində Üzeyir Hacıbəyli küçəsində, “Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukturu yaradılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin, eləcə də piyadaların rahat hərəkətini təmin edəcək yolun tikintisinin vəziyyəti ilə tanışlıq məqsədi ilə aidiyyəti qurumların mütəxəssislərinin keçirdiyi monitorinq nəticəsində həmin ərazidə xəstə və qurumuş ağacların götürülməsi, köçürülməsi və həmçinin buradakı digər ağacların budanması qərara alınıb.

Həmçinin ərazidə müəyyən edilmiş yerlərdə torpaq qatı dəyişdirilərək, yeni ağaclar və kollar əkiləcək.