Emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması və aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-faktura verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Aksizli mallarla bağlı növdə elektron qaimə-faktura aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilir. İxrac qeydi ilə satış və alınmış avans ödənişləri barədə də elektron qaimə-faktura verilir.