Azərbaycanda yeni kilsə qeydiyyata alınıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icması Komitədə rəsmi dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi 6 aprel 1830-cu ilcə Nyu-Yorkda La Fayettede Cozef Smit (1805–1844) tərəfindən qurulub.  Çoxevliliyi müdafiə edən və buna görə kütlənin qəzəbinə gələn Cozef Smit və qardaşı Hayrum qorunmaları məqsədilə həbsxanaya salınsalar da 1844-cü ildə öldürülüblər.  Hazırda mormonların dünyada sayı 16 milyon nəfərdən çoxdur.