Arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə bu barədə göstəriş olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsız olması barədə sübutları təqdim etdikdə arbitraj qərarı məhkəmə tərəfindən tam və ya qismən ləğv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ərizəni verən tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə sübutları təqdim etdikdə də anoloji addım atılır.