Məqsədli təlimatlandırmaları aparmadan və sənədləşdirmədən briqadanın işə buraxılışı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Naryad üzrə işə buraxılış naryadın iş icraçısında (nəzarətçidə) qalan nüsxəsində sənədləşdirilir. Daimi operativ heyəti olan elektrik qurğularında işə buraxılışın işəburaxan tərəfindən, digər hallarda isə iş icraçısı tərəfindən icra edilməsinə yol verilir. Sərəncam üzrə işə buraxılış naryad və sərəncamlar üzrə işlər jurnalında və əməliyyat jurnalında qeyd edilməklə sənədləşdirilir.