İşlər yerinə yetirildikdən sonra elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) almış operativ-təmir heyətinin üzvü bu qurğunu qoşmazdan öncə onun qoşulmaya hazır olduğuna əmin olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Eyni zamanda:
– işləmə yerində alətlər, vasitələr və yad əşyaların olmamasını yoxlamalıdır;
– operativ-təmir heyəti tərəfindən işləmə yerlərinin hazırlığı zamanı quraşdırılan müvəqqəti çəpərləri, daşınan təhlükəsizlik plakatlarını və torpaqlanmaları (torpaqlanma bıçaqlarını) çıxarmalıdır;
– daimi çəpərləri bərpa etməlidir.