Haba xətti və kabel xəttindən başqa elektrik qurğularında hazırlanmış işləmə yerlərində ”BURADA İŞLƏMƏLİ” sözləri yazılmış plakat asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Avtomatlaşdırılmış işləmə yerlərindən kommutasiya aparatlarını məsafədən idarə edərkən təhlükəsizlik plakatları əlavə olaraq iş stansiyasının diaqramında həmin kommutasiya aparatının qrafik işarəsinin yanında göstərilməlidir.