Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.
AzMİU-dan Heftelik.az-a verilən məlumata görə, hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonunu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.
F.Quliyev 2013-cü ildən “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasında baş müəllim, 2021-ci ildən isə “İnşaat konstruksiyaları” kafedrasında dosent vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında isə “İnşaat” Fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilib.