Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları, habelə elektron pul təşkilatları hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə borcludurlar.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Eyni zamanda hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə) borcludurlar.