Gərginlik altında olan cərəyandaşıyan hissələri müvəqqəti çəpərləmək üçün izoləedici materiallardan hazırlanmış lövhələrdən, ekranlardan istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi çıxarmadan müvəqqəti çəpərlər quraşdırılarkən gərginlik altında olan cərəyandaşıyan hissələrədək məsafə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda “Gərginlik altında olan cərəyandaşıyıcı hissələr arasında icazə verilə bilən məsafələr”də qeyd ediləndən az olmamalıdır. Gərginliyi 6–10 kV olan elektrik qurğularında bu məsafənin 0,35 m-dək qısaldılmasına yol verilir.