Cərəyandaşıyan hissələrdən, o cümlədən 1000 V-dək yığmalar və lövhələr gərginlik altında qalsa belə, hava xətləri və kabel xətlərinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında birləşmələrdə işlərin görülməsi üçün 1 (bir) naryad verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularında cərəyandaşıyan hissələrdən gərginlik tam çıxarılmış olduqda paylayıcı qurğunun yığım şinlərində, paylayıcı lövhələrində, yığmalarda, həmçinin bu qurğuların birləşmələrində eyni vaxtda işlərin görülməsi üçün 1 (bir) naryad verilməsinə yol verilir.