Elektrik qurğularında işlərin icrasının konkret şərtlərindən asılı olaraq, torpaqlanma qoyulmadan öncə və ya sonra cərəyandaşıyan hissələr çəpərlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi çıxarmaqla işləmə yerlərini hazırlayarkən aşağıdakılar açılmalıdır:
– işlər aparılacaq cərəyandaşıyan hissələr;
– şəxslərin, yükqaldıran maşın və mexanizmlərin bu Qaydalarda qeyd ediləndən yaxın məsafədə yerləşən gərginlik altında olan elektrik qurğularının səhvən yaxınlaşması mümkün olan çəpərlənməmiş cərəyandaşıyan hissələri;
– intiqalları qidalandıran və idarəetmə dövrələri;
– təmir olunan hava xətti (HX) ilə birgə asılmış hava rabitə xətti (HRX).