Əmlakın mülkiyyətçisi və ya sahibi tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda müvafiq qərar əsasında müstəntiq axtarış apara bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təqsirləndirilən şəxsin əmlakı üzərinə həbs qoyulmasında, onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi əmlak üzərinə həbs qoyulmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq və ya icra məmuru onun bu hüququnu təmin etməlidir.