İş icraçısı işəburaxan funksiyasını yerinə yetirdikdə işləmə yerinin hazırlığını o, briqada üzvlərindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislə birlikdə yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşəburaxan işə buraxılışdan öncə işləmə yerinin hazırlığı üzrə texniki tədbirlərin yerinə yetirilmə vəziyyətinə şəxsən baxış keçirməli, əməliyyat jurnalında edilmiş qeydlər və əməliyyat sxemi üzrə işlərin görülməsində iştirak edən operativ və operativ-təmir heyətinin məlumatları əsasında texniki tədbirlərin yerinə yetirildiyinə əmin olmalıdır.