Xalq artisti Ağadadaş Ağayev “Medera” hospitalının qarşısında baş verən insident barədə ilk dəfə danışıb.

Hetelik.az-ın məlumatına görə,  Ağadadaş Ağayev Yotube kanalında hadisənin təfərrüatlarını açıqlayıb, eyni zamanda xalqdan üzr istəyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“MedEra” hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.