Elektrik qurğusunda işləmək üçün naryad və ya sərəncamın verilməsi, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda qeyd olunan hallarda işləmə yerinin hazırlanması və işə buraxılış icazəsi verilməsi, iş rəhbəri, iş icraçısı olmaq hüququ verilməsi, həmçinin təkbaşına baxış hüququ verilməsi təşkilati-sərəncamverici sənədlə rəsmiləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşlərin təhlükəsiz görülməsi üçün açılmalı olan avadanlıqları istismar etmə hüququ və istismarında olmayan obyektlərdə açılmaların aparılması ilə bağlı operativ danışıqların aparılması, işəburaxan funksiyaları və işləmə yerinin hazırlanmasına icazə verilməsi hüququ eyni şəxsə həvalə edilə bilər. Operativ heyətdən olan işəburaxan briqada üzvünün funksiyalarını yerinə yetirə bilər.