Paylayıcı qurğu (PQ) ərazisində hava xətti (HX) hissələrində işlər HX-yə xidmət edən şəxsə verilən naryad üzrə görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Daimi operativ heyəti olan elektrik qurğularının heyəti tərəfindən HX-nin son dayağında işlər görülərkən həmin heyət briqada üzvlərini bu dayağa gətirməklə onlar üçün əməyin mühafizəsi və təhlükəsizliyi üzrə məqsədli təlimatlandırma aparmalıdır. Daimi operativ heyəti olmayan elektrik qurğularında xətti briqadanın iş icraçısına PQ-nin açarlarını almağa və müstəqil olaraq HX-nin dayağına yaxınlaşmağa yol verilir.