Qərarın qəbul edilməsi üçün müvafiq ödəniş vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında müddətin uzadılması səbəbi, vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü (növləri), ödənilmə müddəti və qaydası, habelə girov, bank zəmanəti, vergi ödəyicisinin mülkiyyətində olan siyahıya alınmış daşınar və daşınmaz əmlaklar və zamin haqqında qeydlər göstərilməlidir.