Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik və hava xəttində (HX) təkbaşına işləyən mütəxəssisə sərəncamla hansı işləri aparmağa yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik və HX-də təkbaşına işləyən mütəxəssisə sərəncamla aşağıdakı işləri aparmağa yol verilir:
– asan keçilən yerlərdə, günün işıqlı vaxtında hava əlverişli olduqda hav xəttinə baxış;
– dayağın vəziyyətinin qiymətləndirilməsi;
– ağac dayaqların yerə yaxın diblərinin çürüməyə görə yoxlanılması;
– dayaqlar üzərində daimi yazıların və təhlükəsizlik nişanlarının bərpası;
– cihazlarla naqildən yerə kimi və mühəndis tikililərinin qabaritlərinin ölçülməsi;
– dayaq ətrafının quru bitkilərdən və digər yanar materiallardan təmizlənməsi;
– dirəklərin bərkidici bandajlarının rənglənməsi.