Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin rektoru təyin edilən Vilayət Vəliyevin 5 illik səlahiyyət müddəti başa çatdığı üçün yenidən bu vəzifəyə təyin olunub.