Ayırılan hava xətlərindən( HX) işlər görüldükdə, kompleks paylayıcı qurğunun (KPQ) şkaflarında torpaqlanma quraşdırılarkən “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın tələbləri nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Açarlı arabanı, idarəetmə və mühafizə dövrələrində işləmək və onları yoxlamaq üçün yoxlama vəziyyətinə gətirməyə o halda yol verilir ki, KPQ-dən ayrılan HX və kabel xətlərindən (KX) və yaxud onlara qoşulmuş avadanlıqlardan (elektrik mühərrikləri ilə birləşdirilmiş mexanizmlər də daxil olmaqla) kənarda işlər aparılmış və yaxud bu birləşmə KPQ-nin şkafında torpaqlanmış olsun.