Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi Tv Musavat-ın canlı efirində olub.
Heftelik.az-ın məlumatına görə, gözətçi Nurəddin Cəlilov hadisə ilə bağlı sualları cavablandırıb.
O, Xalq artisti Ağadadaş Ağayevin onu aşağıladığını bildirib:
“Məni qışqıra-qışqıra çağırdı, dedi ki, qorxma, bura gəl. Mən də başa düşmədim ki, niyə qorxmalıyam? Davamızdan sonra mən evinə gedib onu çağırmamışam. O, boş-boş ifadələrlə xalqı aldatmaq istəyir. Mənə deyirdi ki, səni baltalayaram, mənə heç kim heç nə edə bilməz və bundan sonra heç yerdə işləyə bilməzsən. Davamız da elə bu sözlərdən sonra başladı. O, yerdə olanda mənə yenə də namus-qeyrət söyüşləri söyürdü və bir yandan da burnum sındığı üçün aqressiv idim. Ona görə onu yerdə də vurdum”.