P və AP şəkilli dayaqların tək və cütləşdirilmiş artırmalarını dəyişən zaman dayağın 2 (iki) ayağını eyni zamanda qazıb çıxarmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Artırmanın quraşdırılmasına dayağın bir ayağında başlanmalıdır və yalnız bu ayaqda artırmanı dəyişdikdən, bandajları bərkitdikdən və torpağı sıxlaşdırıb möhkəmləndirdikdən sonra digər ayaqda artırmanın dəyişdirilməsinə başlamaq olar. Cütləşdirilmiş artırmalar növbə ilə dəyişdirilməlidir.