Elektrik qazanlarına qoşulmuş boru kəmərlərində boru kəmərlərinin mühafizə torpaqlanmasını pozan işlərin görülməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Boru kəmərlərinin ayrılması üzrə işlər yerinə yetirilməzdən öncə (siyirtmələrin və ya boru hissəsinin dəyişdirilməsi) boru kəmərinin ayrılan hissələrinin elektrik qaynağı vasitəsilə etibarlı elektriki birləşmə yerinə yetirilməlidir. Bu cür birləşməyə dair tələb ayrılma yerində təhlükəsiz dövrələməyə şamil olunmur.