Gərginlik altında olan, gərginliyi 1000 V-dək cərəyandaşıyan hissələrə insanın toxunma mümkünlüyü istisna olunmayan işlərin görülməsi, həmçinin bilavasitə yüksək gərginliklə aparılan sınaqlarda işləyənlər üçün avadanlıqların sınağı və elektrik qaynaqları zamanı fərdi ekranlayıcı dəstlərin istifadəsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu işlərin görülməsi zamanı mütəxəssislərin mühafizəsi üçün ekranlayıcı vasitələrdən istifadə məcburidir.