Maqnit sahəsində insanın qalma müddətindən asılı olaraq, bədənə təsir və lokal (ətraflara) təsir şəraiti üçün maqnit sahəsinin yolverilən intensivliyi və ya induktivliyi “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda qeyd olunan Cədvələ uyğun müəyyən olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnsanın müxtəlif intensivlikli (maqnit induktivlikli) maqnit sahəsində qalması üçün bu zonalarda işlərin icrasının ümumi vaxtı maksimal intensivlikli zonalar üçün yol verilən vaxtdan çox olmamalıdır.