Kabeli əl ilə döşəyən zaman insanların sayı elə olmalıdır ki, kişilər üçün 35 kq-dan, qadınlar üçün isə 15 kq-dan çox olmayan kabel bölməsi olsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu zaman həmin şəxslər kabelin eyni tərəfində olmalı, əlləri yerləşməli, əllərini brezent əlcəklər istifadə etməklə müdafiə etməlidir. Kabeli döşəyən zaman şəxslərin dönmə bucağının içində dayanması, həmçinin trasın döngələrində kabeli əl ilə tutulub saxlaması qadağandır. Bu məqsədlə künc roliki quraşdırılır.