İnşa edilən obyektlərdə müəllif nəzarətinin aparılması qaydaları və tikintidə müəllif nəzarətini aparan layihəçinin vəzifələri Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Sifarişçinin tikintidə nəzarəti həyata keçirən nümayəndələrinin iradları ümumi (Əlavə D) və xüsusi iş jurnallarına, layihəçinin müəllif nəzarəti üzrə nümayəndələrinin iradları isə müəllif nəzarəti jurnalına daxil edilir. Bu nümayəndələrin iradları əsasında qüsurların aradan qaldırılması onların iştirakı ilə sənədləşdirilir.