İşləyən elektrik mühərriklərində, yaxud onlar vasitəsilə hərəkətə gətirilən mexanizmlərdə cərəyandaşıyan və ya fırlanan hissələrə toxunmadan yerinə yetirilən işlər aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləyən elektrik mühərrikinin və mexanizminin fırlanan hissələrinin mühafizə örtüklərini çıxartmaq qadağan olunur. Elektrik mühərriklərində işləyən zaman torpaqlama elektrik mühərrikini paylayıcı qurğu (PQ), lövhə və ya yığma ilə birləşdirən kabel xətlərinin (KX) istənilən sahəsində quraşdırılır.