Elektrik cərəyanı vasitəsilə kabeli qızdırmaq üçün 380 V-dan yuxarı gərginliyin tətbiqi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabelin döşənməsini və muftaların daşınmasını yalnız kabeli dövrədən açdıqdan sonra yerinə yetirmək olar. Gərginlik altında olan kabellərin yenidən döşənməsinə aşağıdakı şərtlərlə yol verilir:
– yenidən döşənən kabelin temperaturu + 5ºC-dən aşağı olmamalıdır;
– muftalar kabellərin yenidən döşənmə sahəsində taxta lövhələrə xamutlar vasitəsilə möhkəm bərkidilməlidir;
– dielektrik əlcəklərlə işlənilməli, əlləri mexaniki zədələnmədən qorumaq üçün bu əlcəklərin üzərindən brezent əlcəklər geyinilməlidir;
– işləri gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə V qrupdan, gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik iş rəhbərinin rəhbərliyi altında kabel döşəmək üzrə təcrübəsi olan şəxslər icra etməlidir.