Elektroliti hazırlayan zaman hansl təhlükəsizlik tələblərinə riayət edilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Elektroliti hazırlayan zaman aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:

– turşu və qələvi ilə işləyərkən xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri geyinilməlidir;

– aşındırıcı qələvinin qırıntıları çuval bezinə bükülərək təyin olunmuş yerdə əzilməlidir;

–  elektroliti hazırlayan zaman məhlulun intensiv qızmaması üçün turşu nazik şırnaqla qulplu qabdan içərisində distilə olunmuş su olan çini, yaxud digər termodavamlı qaba tökülür. Bu zaman elektrolit fasiləsiz şüşə çubuq ilə, yaxud borucuqla ya da turşuyadavamlı plastmasdan qarışdırıcı ilə qarışdırılmalıdır;

– şüşə qabda distillə olunmuş suyu sulfat turşusuna tökməklə elektrolit hazırlamaq qadağandır. Hazır elektrolitin üzərinə su doldurulmalıdır;

– döşəməyə dağılmış turşunun üzərinə dərhal kəpək səpilməli, səylə qarışdırılmalı və ardınca yığışdırılmalıdır.