Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü ilə bağlı bəyanat verilib. Qeyd olunub ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
“Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”.
***
saat 14.30
Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçınsayca 5-ci görüşü keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər. Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində keçirilir.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl – 2022-ci il iyulun 1-də Vyanada baş tutub.