Fırlanan elektrik mühərrikində rotorun halqalarının cilalanmasına izolyasiya materialından olan qəlib vasitəsilə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İşə buraxılışdan öncə məsafədən idarə olunan kommutasiya aparatlarında aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

– intiqalın, əməliyyat cərəyanının güc dövrələri və qızdırılma dövrələri açılmalıdır;

– hava açarlarının çənlərinə və pnevmatik intiqallara hava verən borularda siyirmələr bağlanmalı, qıfıllanmalı və onlarda olan hava atmosferə buraxılmalıdır, bu zaman buraxıcı tıxac (klapan) açıq vəziyyətdə saxlanılmalıdır;

– işəsalma yükü, yaxud işəsalma yayları qeyri-işlək vəziyyətə gətirilməlidir;

– kommutasiya aparatının səhvən və özbaşına olaraq işə düşməsinin qarşısını alan tədbirlər görülməlidir;

– məsafədən idarəedici açarlarda “QOŞMA! ADAMLAR İŞLƏYİR”, bağlı siyirmələrdə isə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır.