Kabelləri asmaq üçün qonşu kabellərdən, boru kəmərlərindən və digər kommunikasiya xətlərindən istifadə etmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabellər dolaşmadan asılmalıdır. Muftaları açmazdan, yaxud kabeli kəsməzdən əvvəl əmin olunmalıdır ki, bu əməliyyatlar məhz həmin kabeldə aparılır. Kabel dövrədən açılmalı və gərginlik verilə bilən hər tərəfdən torpaqlanmalıdır.