Məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün hansı hallarda cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti əsasında müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq təqdimat verildiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti əsasında müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq təqdimat verilir:
– məhkum olunmuş şəxs qaçıb gizləndikdə və ya müvafiq müəssisəyə, yaxud orqana gəlməkdən boyun qaçırmaq cəhdləri olduqda;
– məhkum olunmuş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda.