Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib..
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusla Toyota” markalı minik avtomobili toqquşub. Qəzadan sonra mikroavtobus aşıb.
Qəza zamanı 14 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həmin şəxslər aşağıdakılardır:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N. Qurbanov,
1985-ci il təvəllüdlü R. Verdiyev,
1985-cu il təvəllüldü A. Məmmədov,
1974-cü il təvəllüdlü V. Əliyev,
1991-ci il təvəllüdlü E. Vəliyev,
1987-ci il təvvəllüdlü R. Əhmədov,
1980-ci il təvəllüdlü K. Nipalıyeva,
1992-ci il təvəllüdlü E. Səddərzadə,
1970-ci il təvəllüdlü A. Səfərov
2011-ci il təvəllüdlü X. İsmayılova,
1966-cı il təvəllüdlü T. Pirqurban.
Qeyd edək ki, “Mercedes Spirnter”də olanlar qızıl mədənin işçiləri olub. Minik maşını isə Daşkəsən rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsinə məxsusdur.