Yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının elektrik qurğusunun gərginlik altında olan cərəyandaşıyan hissələrinə toxunması hallarında sürücü (maşinist) yaranan kontaktın tez bir zamanda aradan qaldırılması və maşının hərəkətli hissəsinin cərəyandaşıyan hissələrdən bu “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda göstərilmiş məsafədən az olmayan məsafəyə uzaqlaşdırılması üçün tədbirlər görməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.