Akkumulyator otaqlarında lövhələrin lehimlənməsinə hansı təhlükəsizlik tələblərinə riayət etməklə yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Akkumulyator otaqlarında lövhələrin lehimlənməsinə aşağıdakı təhlükəsizlik tələblərinə riayət etməklə yol verilir:
– lehimləməyə yüklənmə qurtardıqdan azı iki saat sonra yol verilir;
– daima doldurulma üsulu ilə işləyən batareyalar, işin başlamasına iki saat qalmış boşalma rejiminə keçirilməlidir;
– işə başlamazdan iki saat qabaq otaq havası ventilyasiya olunmalıdır;
– lehimlənmənin icrası zamanı otaqda fasiləsiz ventilyasiya aparılmalıdır;
– lehimlənmə yeri qalan batareyalardan odadavamlı lövhələrlə çəpərlənməlidir;
– qurğuşun və onun birləşmələri ilə zəhərlənmənin qarşısını almaq üçün akkumulyator batareyalarının istismarı və təmiri üzrə təlimata uyğun ehtiyat tədbirləri görülməlidir və iş günü rejimi müəyyən olunmalıdır;
– işlər naryad üzrə aparılmalıdır.