Xəbər verildiyi kimi, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin xidməti məlumat yayıb.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 07.08

Xəzərin Azərbaycan sektorunda gəmidə yanğın olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “Qərbi Çıraq” platformasının yaxınlığında qeydə alınıb.

Yanğın gəminin mühərikindən başlayıb.

Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin yanıq xəsarətləri aldığı bildirilir.