Vakuum açarları olan paylayıcı qurğularda (PQ) qövssöndürən kameraların gərginliyin amplitud qiyməti 20 kV-dan yuxarı olan yüksəldilmiş olan sınaqları zamanı yaranan rentgen şüalarından heyət xüsusi ekrandan istifadə olunmaqla mühafizə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Daxildə və xaricdə qurulmuş kompleks paylayıcı qurğunun (KPQ) damında, gərginliyi 6–10 kV olan şinlərin seksiyaları arasında arakəsmələr quraşdırılmalı və onların hər 2 (iki) tərəfdən üzərində “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış təhlükəsizlik plakatı asılmalıdır.