Gövdəsi izolə olunmuş elektrik qazanının üz örtüyü qıfılla bağlı olmalıdır. Örtüyün açılmasına yalnız qazandan gərginlik çıxarılandan sonra yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik süzgəclərinin istismarı zamanı aşağıdakılar qadağan olunur:
– naryadın “Ayrıca göstərişlər” sətrində qeyd edilmiş hallar istisna olmaqla, insanların elektrik süzgəcinin içində olduğu müddətdə silkələmə mexanizmlərinin işə salınması;
– təmir işlərinin elektrik süzgəclərinin bunkerlərində və seksiyalarında eyni vaxtda yerinə yetirilməsi;
– qidalandırıcı aqreqatların bloklayıcı qurğuları nasaz olduğu zaman elektrik süzgəclərinin seksiyalarının lüklarının və oyuqlarının kilidlərinin olmaması və yaxud nasaz olduğu zaman elektrik süzgəclərinə və onları qidalandıran kabellərə gərginliyin verilməsi.