HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehranda öldürülüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yerləşdirilib.
İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsmayıl Həniyyə Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.
HƏMAS İsmayıl Həniyyəyə siu-qəsdin İsrail tərəfindən təşkil edilidiyini bildirib.
İsmayıl Həniyyənin bir cangüdəni də öldürülüb.