Açılmış elektrik mühərriklərində işlər aparılmırsa və ya bir neçə günlük fasilə verilibsə, ondan ayrılmış kabel xətti elektrik mühərriki tərəfdən torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabel xətlərinin en kəsiyi səyyar torpaqlanma qoymağa imkan vermirsə, gərginliyi 1000 V-dək olan elektrik mühərriklərində kabel xəttini en kəsiyi kabelin damarının en kəsiyindən kiçik olmayan mis naqil ilə torpaqlamağa və ya kabelin damarlarını öz aralarında birləşdirməyə və onları torpaqlamağa yol verilir. Bu cür torpaqlama və kabelin damarlarının birləşdirilməsi əməliyyat jurnalında səyyar torpaqlama ilə eyni qaydada qeyd olunmalıdır.