Kabeli hərəkətli konveyerdən, kabeldöşəyəndən, bu məqsədlərə uyğunlaşdırılmış maşından və ya borudöşəyəndən başqa yerə döşəyən zaman kabeli ən azı 2 (iki) şəxs qəbul etməli və çəkməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabelləri divarların dəliklərindən dartıb keçirməyə şəxslər divarın hər 2 (iki) tərəfində yerləşdiyi halda yol verilir. Kabelləri, mərtəbələrarası arakəsmələrdən, borular və dəliklərdən keçirərək çəkərkən insanların əllərinin dəliklərə və ya borulara düşməyinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülməlidir.