Şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq layihəçi tərəfindən tikintiyə müəllif nəzarəti həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Layihə sənədlərinin yoxlanılması mərhələsində tikinti layihəsinin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş bütün bölmələri təhlil edilməli və aşağıdakılar yoxlanmalıdır:
– sənədlərin tamlığı;
– layihə üzrə oxların ölçülərinin və geodezik əsaslarla müəyyən edilmiş reperlərə uyğunluğu;
– müvafiq razılaşdırma və təsdiqlənmələrin olması;
– tikintində istifadə ediləcək tikinti materiallarının və məmulatının spesifikasiyası (təsnifatı və xarakteristikası);
– yoxlanılan parametrlərin faktiki dəqiqliyinə tələblərin irəli sürülməsi;
– nəzarət və ölçmə üsulları haqqında qeydlərin olması – müvafiq normativ sənədlərə istinadlar göstərilməklə.