Maqnit sahəsində qalma müddəti iş günü ərzində birdəfəlik və ya hissələrə bölünməklə reallaşır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Elektrik sahəsinin intensivliyi, həmçinin təsir və ekranlaşdırma zonasının sərhədləri ölçülərin nəticələrinə görə təyin olunur. Elektrik və maqnit sahələrinin intensivliyi səviyyələri insanın yerinə yetirdiyi iş prosesində qala bildiyi zonalarda, işləmə yerinə və avadanlığa baxış üçün hərəkət marşrutunda təyin olunmalıdır.