Cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

O cümlədən:

– müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər;

– cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun üstünü yoxlayaraq bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürə bilər.