Yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı gərginlik altında olarkən yükqaldıran maşın və mexanizmlərdən, avtomobil nəqliyyatından düşmək və ya ona qalxmaq, həmçinin yerdə duraraq ona toxunmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sürücü (maşinist) onun əhatəsində olan insanları yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının gərginlik altında olması barədə xəbərdar etməlidir.