Təmir olunacaq kabel işləmə yerində nələrlə müəyyən edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Təmir olunacaq kabel işləmə yerində aşağıdakılarla müəyyən edilir:
– tuneldə, kollektorda, qanovda, binanın divarları üzrə çəkilən zaman kabel düzümünü cizgi və sxemlə izləməklə, müqayisə etməklə, birka üzrə yoxlamaqla;
– kabellər yerdə çəkilən zaman onların yerləşməsini çəkilmə cizgisi ilə müqayisə etməklə (bunun üçün qabaqcadan kabel dəstəsinə köndələn şəkildə kabelləri görməyə imkan verən nəzarət qanovu (şurf) hazırlanır).